Kürdəmirdə yol qəzası olub, yaralananlar var - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 10:37

Kürdəmir rayonunda yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Bakı istiqamətində hərəkətdə olan "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə Bakı sakinləri olan 3 nəfər - 1974-cü il təvəllüdlü Abdullayeva Könül Məhərrəm qızı, 1955-ci il təvəllüdlü Məmmədova Güldəstə Aslan qızı və 2010-cu il təvəllüdlü Oruclu Zöhrab Novruz oğlu yüngül xəsarət alıb. 

Onlar ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıblar. 

Faktla bağlı araşdırma aparılır.