KİV: ABŞ-ın raket zərbələri nəticəsində 4 nəfər ölüb, Suriyanın hərbi bazasının infrastrukturu məhv edilib

Homsun valisi: "Aerodromda xilasetmə və yanğınsöndürmə əməliyyatları iki saat davam edib"

Homsun valisi:

Bakı. 7 aprel. REPORT.AZ/ ABŞ-ın Suriyanın Homs vilayətindəki aviabazaya raket zərbələri endirməsi, ilkin məlumatlara görə, böyük insan itkisinə səbəb olmayıb. 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Homs valisi Talal Barazi bildirib.

Onun sözlərinə görə, maddi ziyan dəyib.

T.Barazi hava limanında xilasetmə və yanğınsöndürmə əməliyyatlarının iki saat davam etdiyini vurğulayıb.

"Al Arabia" telekanalının məlumatına görə, ABŞ-ın qanadlı raketlərlə Homs vilayətindəki Şayrat aerodromuna hava zərbələri zamanı Suriya silahlı qüvvələrinin ən azı dörd hərbçisi həlak olub, hücum nəticəsində hərbi bazanın infrastrukturu tam məhv edilib.

Hələlik Dəməşqdən rəsmi təsdiq gəlməyib.

Qeyd edək ki, aprelin 7-nə keçən gecə ABŞ hərbi gəmilərindən istifadə edərək Suriya hakimiyyətinin nəzarətində olan aerodroma 50-dən çox qanadlı raket buraxıb.