Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb - FAKTİKİ HAVA

Noyabrın 1-i gündüzdən 2-si səhərədək müşahidə olunan faktiki hava açıqlanıb

Noyabrın 1-i gündüzdən 2-si səhərədək müşahidə olunan faktiki hava açıqlanıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Noyabrın 1-i gündüzdən 2-si səhərədək Azərbaycan ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

"Report" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi noyabrın 1-i gündüzdən 2-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında və Naxçıvan MR-da 1-11, Böyük Qafqazda 1-15, Qazax-Gəncə zonasında 2-29, Mərkəzi-Aran rayonlarında 2-13, Kiçik Qafqazda: 28-44, Bakıda və Abşeron yarımadasında 1-9 mm olub.

Qar örtüyünün hündürlüyü Kirəndə (Tovuz) 55, Qaraqollarda (Daşkəsən) 52, Alaxançallıda (Daşkəsən) 30, Gədəbəydə 42, Qalakənd (Gədəbəy), Daşkəsəndə 40, Sarıbaşda 30, Zəyəmçayda (Tovuz) 17, Xınalıqda 14, Göygöldə 8, Çaykənddə 2, Qubanın dağlıq ərazilərində: Ləzədə 20, Xınalıqda 18, Altıağacda 4, Xaltanda 2, Qonaqkənd, Nohurdüz, Susayda 6, Rükdə 8 sm təşkil edib.

Şimal-qərb küləyi əsib, ayrı-ayrı rayonlarda arabir güclənib.