Dünya Neft Konqresinin plenar iclasları başlayıb

Konqres Türkiyə Prezidentinin sədrliyi ilə keçirilir

Konqres Türkiyə Prezidentinin sədrliyi ilə keçirilir

Bakı. 10 iyul. REPORT.AZ/ Bu gün İstanbulda qlobal enerji sektorunun ən önəmli üzvlərinin toplandığı XXII Dünya Neft Konqresinin (9-13 iyul) plenar iclaslarına start verilib. "Report" xəbər verir ki, Konqresdə ABŞ xarici işlər naziri Reks Tillersonla (Rex Tillerson) yanaşı Azərbaycan, Serbiya, Albaniya və Bolqarıstanın dövlət rəhbərləri iştirak edirlər. 

Türkiyə Prezidenti R.T.Ərdoğanın sədrliyi ilə keçirilən iclasda neft-qaz sektoruna investisiyalarla yanaşı energetika sahəsində anlaşmalar müzakirə olunacaq. 

"TurKEY for Energy" şüarı altında keçirilən sammitin üç ildən bir təşkil edilməsi planlaşdırılır. Konqresin bu günlərdə 20 min ziyarətçini qəbul edəcəyi gözlənilir.