Yeni hazırlanan “Peşə təhsili haqqında” qanun MM-in plenar iclasına tövsiyə olunub

Bakı. 15 noyabr. REPORT.AZ/ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsi müzakirə olunub.

“Report”un xəbərinə görə, komitə sədri İsa Həbibbəyli layihə barədə məlumat verib. Sonra isə deputatların fikirləri dinlənilib.

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.