Azərbaycan diasporu Aktauda "Dostluq" parkının tikintisinə başlayıb

Parkın açılışı iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunacaq

Parkın açılışı iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunacaq

Bakı. 13 aprel. REPORT.AZ/ Qazaxıstanın Aktau şəhərində Azərbaycan diasporu "Dostluq" parkının tikintisi başlayıb.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, Azərbaycanın Aktaudakı baş konsulu Elxan Zeynalov Qazaxıstan və Azərbaycan dostluğunun rəmzi olacaq parkın yayın sonlarında istifadəyə veriləcəyini bildirib.

Parkın açılışı iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunacaq.

Dostluq parkının ümumi sahəsi 0,6 hektardır. Parkda 600-dən çox ağac əkiləcək. Bu məqsədlə Bakıdan sərv ağacları gətirilib.

Bundan əlavə, Aktau akimatına gələcək obyektin eskizləri təqdim edilib. İndi eskizlər nəzərdən keçirilməsi üçün şəhər rəhbərliyinə verilib.