Azərbaycan nefti ucuzlaşıb

"Azeri LT CIF" markalı neftin qiyməti 66,37 dollar/barelə bərabər olub

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,14 dollar, yaxud 0,21% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 66,37 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.