Türkiyənin Gəncədəki baş konsulunun Azərbaycandakı diplomatik missiyası başa çatıb

Gəncə. 31 iyul. REPORT.AZ/ Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orhan İşıkın diplomatik missiyası başa çatıb.

"Report"un Qərb bürosunun məlumatına görə, bununla bağlı Baş Konsulluqda vida mərasimi keçirilib. 

Orhan İşık çıxışında fəaliyyəti dövründə ona dəstək olan şəhər rəhbərliyinə və onunla birgə çalışan bütün kollektivə təşəkkür edib. Daha sonra tədbirdə iştirak edən, içtimai və mətbuat nümayəndələri ilə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, O.İşık Türkiyənin Gəncə şəhərində fəaliyyət göstərən ikinci konsulu olub. Avqustun 15-dən isə bu vəzifəni Zeri Öztürk davam etirəcək.