Deputat: "Şəhid ailələrinə mənzillərin verilməsi xüsusi diqqətdə saxlanılmalıdır"

Bakı. 16 mart. REPORT.AZ/ “Azərbaycanda soyqırımın 100 illiyi ilə bağlı abidə kompleksi yaradılmalıdır”.

“Report”un xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

O bildirib ki, düşmən ölkə - Ermənistan qondarma "erməni soyqırımı" ilə bağlı belə bir abidə kompleksi yaradıb, saxtakarlıqla məşğuldur.

Deputat çıxışı zamanı şəhid ailələrinə mənzillərin verilməsi məsələsinə də toxunub. Bildirib ki, həmin ailələrə mənzillərin verilməsi xüsusi diqqətdə saxlanılmalıdır.

T.Kərimli daha sonra deputat seçildiyi 87 saylı Ağsu - İsmayıllı seçki dairəsi ərazisi üzrə problemlərdən danışıb.