​Azərbaycan Monteneqronun qazlaşdırılmasında iştirak edə bilər

SOCAR Albaniya və Monteneqronun qazlaşdırılmasını vahid layihə kimi həyata keçirə bilər

SOCAR Albaniya və Monteneqronun qazlaşdırılmasını vahid layihə kimi həyata keçirə bilər

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti(SOCAR) Albaniya ilə yanaşı Monteneqronun da qazlaşdırılması layihəsində iştirak edə bilər. "Report" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayev qeyd edib ki, iki dövlətin qazlaşdırılması layihəsi böyüdülərək birlikdə həyata keçirilə bilər.

"Bu daha gəlirli olar. Bu işlərə baxılır. Trans-Adriatik Boru Kəməri (TAP) istifadəyə verildikdən sonra Albaniyaya qaz nəql olunacaq. Bundan sonra qazın paylaşdırılmasına başlanılacaq", - deyə SOCAR rəhbəri qeyd edib.