Prezident İlham Əliyev Azərpaşa Nemətovu təltif edib

O, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb

O, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb

Bakı. 11 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Azərpaşa Nemətovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncama əsasən, Azərpaşa Zəfər oğlu Nemətov Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, A.Nemətovun avqustun 13-də 70 yaşı tamam olur.