Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına baş məşqçi təyin olunub - RƏSMİ

Bakı. 11 yanvar. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında baş məqşçi təyinatı gerçəkləşib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifə Milan Obradoviçə həvalə olunub. Təyinat AFFA Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun həyata keçirilib. 

Qeyd edək ki, Milan Obradoviç 3 avqust 1977-ci ildə keçmiş Yuqoslaviyada anadan olub. O, karyerası ərzində Sloveniyanın “Koper”, Serbiyanın U-17, U-19 və U-20 komandalarının baş məşqçisi olub. Obradoviç həmçinin Serbiyanın əsas komandasında köməkçi-məşqçi vəzifəsini yerinə yetirib.