Rafael Qvaladze “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

O, Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb

O, Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Rafael Qvaladzenin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rafael Sergeyeviç Qvaladze “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.