Zaur Darğallı: “Marneulidə koronavirus aşkarlanmayıb”

“Marneuli sakinləri koronavirus testindən keçirilir. Bu vaxta qədər virusa yoluxma halı aşkarlanmayıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə rayonun icra başçısı Zaur Darğallı jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, banklarda insanların toplaşması müşahidə olunur, lakin sosial məsafə təmin edilir.

Z.Darğallı Marneulidə məlumatlandırma kanpaniyasının davam etdirildiyini söyləyib: “Məlumatlandırma Azərbaycan dilində də həyata keçirilir. Sakinlərə qəzetlər və vərəqələr paylanılır”.