Günəş enerjisi ilə qidalanan lövhələri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Şirvan şəhərində yol nişanlarının üzərindəki günəş enerjisi ilə qidalanan lövhələri oğurlamaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-nin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, noyabrın 1-dən 13-dək olan müddətdə Şirvan şəhəri ərazisində quraşdırılmış günəş enerjisi ilə qidalanan 30-dan artıq yol nişanının üstündə olan lövhələrin oğurlanması barədə Şəhər Polis Şöbəsinə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Şirvan şəhər sakini Məharim Fərəcov olduğu məlum olub.

Araşdırma aparılır.