Bərdədə 81 yaşlı qadın əməliyyat zamanı ölüb - YENİLƏNİB

Bərdə rayonunda yıxılaraq ağır bədən xəsarətləri alan 81 yaşlı qadın əməliyyat zamanı ölüb. 

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1938-ci il təvəllüdlü Şəkər Müseyib qızı Bayramova yıxılaraq boyun nahiyəsindən ağır xəsarət alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər yaşlı qadını əməliyyat etsələr də, ancaq həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.


*** 10:49

Bərdə rayonunda 81 yaşlı qadın yıxılaraq ağır xəsarət alıb. 

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, rayon sakini, 1938-ci il təvəllüdlü Şəkər Müseyib qızı Bayramova yıxılaraq boyun nahiyəsindən ağır xəsarət alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Fakt araşdırlır.