Qaxda zəlzələ olub

Qax rayonunda zəlzələ olub.

Bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. 

İlkin məlumatlara əsasən, yerli vaxtla saat 09:43-də Zaqatala stansiyasından 34 km cənub şərqdə Qax rayonunda zəlzələ qeydə alınıb.

Maqnitudası 3.3, dərinliyi 37km olan zəlzələ hiss olunmayıb.