Bakı sakini evində təmir apararkən iki avtomat silah tapıb

Bakı. 12 iyul. REPORT.AZ/ Bakı sakini evində təmir apararkən silah-sursat aşkar edib. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, iyulun 10-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Adil İsmayılov evinin həyətindəki yardımçı otaqda təmir işləri apararkən tapdığı - divarın içərisində hərbi paltara bükülərək gizlədilmiş 2 ədəd “AKS” markalı silahı, 7 ədəd patron darağını və 219 ədəd patronu 4-cü Polis Şöbəsinə təhvil verib.