Ağdaşda 17 yaşlı gənc qısqanclıq zəminində qətlə yetirilib - YENİLƏNİB - TƏFƏRRÜAT

Faktla bağlı araşdırmalara başlanılıb

Faktla bağlı araşdırmalara başlanılıb

Ağdaş 14 dekabr. REPORT.AZ/ Ağdaş rayonunda 17 yaşlı gənci qətlə yetirən şəxsin adı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, Ağdaş rayon Hümanitar Kollecin 3-cü kurs tələbəsi Ə.Nəsibovu şəhərin Müşviq İsayev küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Tərlan Fikrət oğlu Hacıyev bıçaqlayaraq qətlə yetirib. 

İkin məlumatlara görə, hadisə qısqanclıq zəminində baş verib. 

Belə ki, qətlə yetirilən Ə.Nəsibov hadisəni törədən şəxsin bacısının arxasınca gedib. Bundan xəbər tutan qızın qardaşı T.Hacıyev onu söhbət etmək üçün çağırıb və Ə.Nəsibovu öldürüb.

Hadisəni törədən şəxs daha sonra qaçıb. 

Hazırda hüquq mühafizə orqanları tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.


***11:33

Ağdaş 14 dekabr. REPORT.AZ/ Ağdaş rayonunda qətlə yetirilən 17 yaşlı gəncin adı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Ağdaş şəhəri, Bəkir Nəbiyev küçəsində qeydə alınıb. 

Belə ki, Ağdaş şəhəri, Əhməd Cavad küçəsində yaşayan, 2000-ci il təvəllüdlü  Ətraf Nəsib oğlu Nəsibov bıçaqlanaraq öldürülüb. 

Faktla bağlı araşdırmalara başlanılıb.