Yaponiyanın qırıcı təyyarəsi dənizə düşüb

Bakı. 20 fevral. REPORT.AZ/ Yaponiya Özünümüdafiə Qüvvələrinə məxsus “F-2” qırıcı təyyarəsi qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Takesi İvaya bildirib.

Onun sözlərinə görə, hadisə fevralın 20-də Yaponiyanın qərbində yerləşən Yamaquti prefekturası sahillərində baş verib. Qəzaya uğrayan təyyarə Yapon dənizinə düşüb. Hər iki pilot sağ xilas edilib. 

Nazir hadisə ilə bağlı araşdırma aparılacağını deyib.