Gəncədə yol qəzası baş verib, xəsarət alan var

Gəncə. 10 mart. REPORT.AZ/ Gəncədə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı Elcan Həsənov müxtəlif bədən xəsarətləri alıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl də Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.