​Abşeron rayonunda üçotaqlı ev yanıb

Hadisə Masazır qəsəbəsində baş verib

Hadisə Masazır qəsəbəsində baş verib

Bakı. 18 mart. REPORT.AZ/ Axşam saatlarında Abşeron rayonunun Masazır qəsəbəsində vətəndaşa məxsus birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları yanıb.

"Report" xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.