Gəncədə özünü qatarın altına ataraq intihar edən qadının şəxsiyyəti məlum olub

Hadisə ötən gün baş verib

Hadisə ötən gün baş verib

Gəncə. 14 may. REPORT.AZ/ Gəncə şəhərində özünü yük qatarının altına ataraq intihar edən qadının şəxsiyyəti məlum olub.

Dəmir Yolu Nəqliyyatında Gəncə Stansiyası Xətt Polis Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, mayın 13-də axşam saatlarında Gəncə şəhər Poçt qəsəbəsi ərazisində özünü dəmiryolu xəttindən keçən yük qatarının altına ataraq intihar edən qadının Şəmkir rayon Seyfəli kənd sakini, 1948-ci il təvəllüdlü, Fərzəliyeva Elmira Çıraqəli qızı olduğu müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.