Bakıda fəhlə yarımtikilidə yıxılaraq ölüb

Fəhlə tikinti işi apararkən qəfil ehtiyyatsızlıqdan hündürlükdən yerə yıxılıb

Fəhlə tikinti işi apararkən qəfil ehtiyyatsızlıqdan hündürlükdən yerə yıxılıb

Bakı. 16 fevral. REPORT.AZ/ Bakının Yasamal rayonunda tikinti işləri zamanı bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, hadisə Şaxtaxtinski küçəsində yerləşən yarımtikilidə qeydə alınıb.

1960-cı il təvəllüdlü Yarmətov Hacıağa Abad oğlu tikinti işi apararkən ehtiyatsızlıqdan hündürlükdən yerə yıxılıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Hadisə ilə bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin və Yasamal Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.