Hollandiyada tramvayda atəş açan şəxsin kimliyi açıqlanıb

Hollandiyada tramvayda atəş açan şəxsin türk əsilli Hollandiya vətəndaşı, 37 yaşlı Gökman Tanis olduğu açıqlanıb.

“Report” DHA-ya istinadən xəbər verir ki, bu barədə Niderland polisindən bildiriblər.

O, hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları G.Tanisi saxlamaq üçün əməliyyat keçirir. 

Qeyd edək ki, bu gün Hollandiyanın Utrext şəhərində tramvayada silahlı hücum olub. Nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.