​Əbu-Dabiyə dolu yağıb

İki dəqiqədən bir qədər çox davam edən dolu yağışla əvəz olunub

İki dəqiqədən bir qədər çox davam edən dolu yağışla əvəz olunub

Əbu-Dabi. 22 fevral. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə bu yerlər üçün nadir hesab edilən təbiət hadisəsi müşahidə olunub.

"Report" xəbər verir ki, bu gün ölkəyə gələn şimal siklonu səbəbindən şəhərə dolu yağıb.

Temperaturun müsbət olması səbəbindən dolunun ölçüsü cüzi olub və tez əriyib. İki dəqiqədən bir qədər çox davam edən dolu sonradan yağışla əvəz olunub ki, bu da bu diyarlar üçün nadir hadisə hesab olunur.