Samuxda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib

​Faktla bağlı araşdırmalara başlanılıb

​Faktla bağlı araşdırmalara başlanılıb

Samux. 3 oktyabr.  REPORT.AZ/ Samux rayonunda pul və qızıl əşyalar oğurlayan şəxslər tutulub. 

"Report"un Qərb bürosu xəbər verir ki, rayon sakini Ceyhunə Mustafayevaya məxsus evdən 100 manat pul və qızıl-zinət əşyaları oğurlanıb.
Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Zeynal Zeynalov və Samux rayon sakinləri, əvvəllər məhkum olunmuş Tural Hüseynov və Əli Ağayev tutulub.

Faktla bağlı araşdırmalara başlanılıb.