Tovuzda avtomobil aşıb, xəsarət alanlar var

Tovuz. 26 dekabr. REPORT.AZ/ Tovuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əlibəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan Əlibəyli kənd sakini Zülfüqar Etibar oğlu Quliyev və Tovuz rayon sakini Tural Musa oğlu Abdullayev xəstəxanaya yerləşdirilib. Digər yaralılara isə hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.