Şəkidə itkin düşən 20 yaşlı qadın evinə qayıdıb - YENİLƏNİB

Şəki. 31 oktyabr. REPORT.AZ/ Şəki rayonunda itkin düşən 20 yaşlı qadın evinə qayıdıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Çiçək Zülfiqar qızı Məmmədova hazırda ailəsinin yanındadır.

Məlumata görə, o, ailədaxili münaqişə səbəbindən evlərini tərk edərək Yevlax rayonuna gedibmiş.


***15:33

Şəki rayonunda 20 yaşlı qadın itkin düşüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Şəki şəhər sakini, 1998-ci il təvəllüdlü Çiçək Zülfiqar qızı Məmmədova oktyabrın 29-da evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Bu barədə rayonun Daşbulaq kənd sakini, Xalid Zülfiqar oğlu Məmmədov rayon hüquq-mühafizə orqanlarına müraciət edərək bacısının itkin düşməsi ilə bağlı məlumat verib. 

Ç.Məmmədovanın ailəli olduğu bildirilir.

Hazırda 20 yaşlı qadının tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində əməliyyat tədbiri aparılır.