Sumqayıtda avtobus yolu keçən şəxsi vuraraq öldürüb

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır

Bakı. 22 fevral. REPORT.AZ/ Sumqayıtda avtobus piyadanı vuraraq öldürüb.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində şəhər sakini Ələkbər Ələkbərov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən həmyerlisi Gülnaz İsmayılovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.