Qaxda yol qəzası baş verib, xəsarət alan var

Qax. 2 noyabr. REPORT.AZ/ Qax rayonunda yol qəzası baş verib. 

“Report”un Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində, Səməd Vurğun küçəsində qeydə alınıb.  

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində Şəki rayon sakini, 1966-cı il təvəllüdlü İlqar Əhməd oğlu Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.