Bakı sakini müayinə üçün getdiyi xəstəxanada ölüb

O, Neyrocərrahiyyə xəstəxanasının həyətində dünyasını dəyişib

O, Neyrocərrahiyyə xəstəxanasının həyətində dünyasını dəyişib

Bakı. 1 sentyabr.REPORT.AZ/ Bakının Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölüm hadisəsı baş verib.

Xətai rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, Bakı şəhər sakini Bəxtiyar Talıbov Respublika Neyrocərrahiyyə Xəstəxanasının həyətində yıxılıb. Həmin xəstəxanaya yerləşdirilən B.Talıbovun aldığı xəsarətlər ağır olduğundan hadisədən təxminən 10 gün sonra o dünyasını dəyişib.

Araşdırma zamanı Bəxtiyar Talıbovun hadisə vaxtı həmin xəstəxanaya müayinə olunmaq üçün getdiyi məlum olub.

Hadisə ilə bağlı Xətai RPİ və rayon prokurorluğunda araşdırma aparılır.