UEFA PSJ - "Srvena Zvezda" qarşılaşmasının danışılmış oyun olmasından şübhələnir

Bakı. 13 oktyabr. REPORT.AZ/ UEFA bildirib ki, Çempionlar Liqasında qrup mərhələsində PSJ (Fransa) – "Srvena Zvezda" (Serbiya) qarşılaşması danışılmış oyun ola bilər.

"Report" xəbər verir ki, bu barədə "L'Equipe" mənbəyə istinadən məlumat yayıb.

Oktyabrın 3-də keçirilmiş oyun fransızların 6:1 üstünlüklü qələbəsi ilə başa çatıb. Mənbənin məlumatına görə, Belqrad təmsilçisinin yüksək vəzifəli nümayəndələrindən biri komandasının beş qol fərqi ilə məğlub olması üçün 5 milyon avro pul qoymaq istəyib. Fransada bu oyunun danışılmış ola bilməsi ilə bağlı araşdırma başlayıb.

Xatırladaq ki, Futbol üzrə Belçika çempionatının yüksək dəstəsində də danışılmış oyunlar qeydə alınıb.