Azərbaycan İƏT-in Kəşmirlə bağlı iclasında iştirak edəcək

Bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təmas qrupunun Cəmmu və Kəşmir ştatının xüsusi statusunun ləğv olunması və sonrakı vəziyyətlə bağlı fövqəladə iclası keçiriləcək.

“Report” GeoTV-yə istinadən xəbər verir ki, Ciddədə keçiriləcək iclasda Azərbaycan da daxil olmaqla İƏT-ə üzv ölkələrin nümayəndələri iştirak edəcəklər.

Xatırladaq ki, ötən gün Hindistan prezidentinin fərmanı ilə Cəmmu və Kəşmir ştatının xüsusi statusunu təsbit edən Konstitusiyanın 370-cu maddəsi ləğv olunub. Pakistan Xarici İşlər Nazirliyi də dərhal yaydığı bəyanatda bu addıma qarşı “hər cür variantlar”dan istifadə edəcəklərini açıqlayıb.