Bakıda 30 yaşlı gənc bıçaqlanıb

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayon ərazisində yerləşən Şəki restoranının yanında baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Abbasov Əziz naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Ona sağ qasıq, başın təpə nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.