Astarada keçmiş məhkumdan odlu silah götürülüb

Astara rayonunda keçmiş məhkumdan odlu silah götürülüb.

"Report"un Cənub mərkəzinin məlumatına görə,  Astara Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat məlumatları əsasında rayonun Məscidməhəllə kənd sakini, 1977-ci il təvəllüdlü Ramil Həsənovu saxlayıblar. Ondan lüləsi və qundağı kəsik formada olan “İJ-16” markalı tüfəng və 1 ədəd bıçaq götürülüb.

Faktla bağlı araşdırma aparılır.