Bakıda 60 yaşlı kişi kafedə döyülüb

Bakıda döyülmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində yerləşən “Bıstra” kafesində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Babayev Bəylər Bədirxan oğlu tanımadığı şəxslər tərəfindən döyülüb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə xəstəxanaya çatdırılıb. 

Ona qapalı kəllə-beyin travması və burun sınığı diaqnozu qoyulub.