Şabranda kanalizasiya sistemi partlayıb, böyük ərazi tullantılar altında qalıb - VİDEO - ƏLAVƏ OLUNUB

Video əlavə olunub. 


***15:19

Şabran rayonunda kanalizasiya sistemi partlayıb, böyük ərazi tullantılar altında qalıb.

"Report"un Şimal bürosu bildirir ki, rayonun ümumi kanalizasiya xəttinin V. Abdullayev adına qəsəbəsində zədələnərək partlaması səbəbindən təxminən 3 hektar ərazi tullantıların altında qalıb. Bu səbəbdən ərazini üfunət bürüyüb.

Qeyd edək ki, tullantılardan yaranmış gölməçənin suyu yaxınlıqdan keçən su kanalına tökülərək, Xəzər dənizinə axır.

Sakinlər epidemioloji-gigiyenik qaydaların pozulmasından, müxtəlif xəstəliklərin yaranmasından narahatdırlar.