Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri enerji təhlükəsizliyi sahəsində şəraitə strateji nəzarət kursunda iştirak edəcəklər

Azərbaycan hərbçiləri enerji təhlükəsizliyi sahəsində şəraitə strateji nəzarət kursunda iştirak edəcəklər

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbyacan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Azərbaycan hərbçiləri sentyabrın 28-dən oktyabrın 2-dək Almaniyanın Oberammerqau şəhərində enerji təhlükəsizliyi sahəsində şəraitə strateji nəzarət kursunda, oktyabrın 29-dan noyabrın 13-dək Qarmiş-Partenkirxen şəhərində Ali Təhlükəsizlik Proqramı üzrə növbəti kursunda, sentyabrın 30-dan oktyabrın 1-dək Finlandiyanın Helsinki şəhərində Əməliyyat İmkanları Konsepiyası Proqramının illik konfransında iştirak edəcəklər.