Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib

Bakı. 22 fevral. REPORT.AZ/ Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. 

"Report" xəbər verir ki, bu, İspaniya "Atletiko"sunun müdafiəçisi Dieqo Qodindir. 

33 yaşlı uruqvaylı oyunçu 1/8 final mərhələsində İtaliya "Yuventus"u ilə ilk matçda bir qol vurub və 90 dəqiqə meydanda olub. 

Qeyd edək ki, qarşılaşma "Atletiko"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab görüşü martın 12-də olacaq.