“AzerGold” “Filizçay” polimetal yatağından əldə olunacaq gəlirlə bağlı proqnozunu artırıb

Bakı. 7 dekabr. REPORT.AZ/ “Bu ilin iyul ayından Naxçıvan MR-in ərazisində yerləşən qızıl filizi sahəsində qazma işləri görülür”.

“Report” xəbər verir ki, bunu “Azərgold” ASC-nin sədri Zakir İbrahimov deyib.

Sədr həmçinin deyib ki, Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağından əldə edilməsi gözlənilən gəlir daha çox olacaq: “Biz əvvəllər bu rəqəmi 6 mlrd manat deyirdik, ancaq 10 mlrd manat olacaq”.