Parlamentlərarası İttifaqın sədri: “Gənclərlə bağlı qərarlar onların iştirakı ilə qəbul edilməlidir”

Bakı. 14 dekabr. REPORT.AZ/ “Azərbaycan gənclər üçün yeni innovasiyalı imkanlar təklif edir. Onların həyata keçməsi üçün yaxşı şərait var”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın gənc parlament üzvlərinin V Qlobal Konfransında ittifaqın prezidenti Qabriela Kuevas Barron deyib.

O, gənclərin gələcəyin təminatçısı olduğunu vurğulayıb: “Gənclərlə bağlı qərarlar onların iştirakı ilə qəbul edilməlidir. Onların təhsilinə ayrılan vəsaiti xərc kimi qiymətləndirməməliyik, borcumuz kimi bilməliyik. Gənclərin önə çəkilməsi çox önəmlidir”.