20 Yanvar metrostansiyası yaxınlığında yaşlı kişini avtomobil vurub

Yaralı xəstəxanaya yerləşdirilib

Yaralı xəstəxanaya yerləşdirilib

Bakı. 13 mart. REPORT.AZ/ Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, paytaxtın 20 Yanvar metrostansiyası yaxınlığında 1965-ci il təvəllüdlü Mahmudov Rasim Rəhim oğlu piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.