İsrail səfiri Culfa rayonunun iqtisadi potensialı ilə tanış olub

Dan Stav rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayevlə görüşüb

Dan Stav rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayevlə görüşüb

Bakı. 25 may. REPORT.AZ/ İsrailin Azərbaycandakı səfiri Dan Stav Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Culfa rayonuna baş çəkib.

İsrailin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfir rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayevlə görüşüb. 

Ş.Babayev rayondakı iqtisadi və sosial vəziyyət barədə məlumat verib. Rayon başçısı həmçinin səfiri Culfanın turizm potensialı və kənd təsərrüfatı sahəsindəki imkanları barədə məlumatlandırıb.

Görüşdən sonra D.Stav Culfanın tarixi və mədəni abidələrini ziyarət edib. O, rayonda abidələrin qorunması baxımından görülən işləri yüksək qiymətləndirib.