Bakıda İran-Azərbaycan iş adamlarının görüşü keçiriləcək

İranın biznes nümayəndə heyəti Azərbaycana gələcək

İranın biznes nümayəndə heyəti Azərbaycana gələcək

Bakı. 3 iyul. REPORT.AZ/ İranın Qərbi Azərbaycan əyalətinin Kooperasiya Palatasının ticarət və marketinq üzrə nümayəndə heyəti sözügedən palatanın sədri Mahmudrza Şərifixahın rəhbərliyi ilə iyulun 5-6-da Azərbaycana səfər edəcək.

“Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşfiqi Fonduna (AZPROMO) istinadən xəbər verir ki, səfərdə məqsəd Azərbaycan sahibkarları və şirkət rəhbərləri ilə görüşlər keçirməkdir.

Səfər çərçivəsində iyulun 6-da Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) inzibati binasında hər iki ölkənin iş adamlarının iştirakı ilə işgüzar görüş keçiriləcək.