Bakıda “E-manat” ödəniş aparatında tüstüləmə olub, külli miqdarda pul yararsız hala düşüb - FOTO

Bakıda “E-manat” ödəniş aparatında tüstüləmə baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, rayonun mərkəzi hissəsindəki telefon mağazalarından birində “E-manat” ödəniş aparatında tüstüləmə baş verib. Nəticədə aparatdakı kağız pullar yararsız hala düşüb. Mağazanın işçiləri aparatın alışmasının qarşısını almağa çalışıblar.

Məlumata görə, hadisəyə ödəmə aparatındakı qısaqapanma səbəb olub.  

Ramin Şahbazov