Kaliforniyada təyyarə avtomobil yoluna məcburi eniş edib - FOTO

Təyyarədə yalnız pilot olub və o, xəsarət almayıb

Təyyarədə yalnız pilot olub və o, xəsarət almayıb

Bakı. 19 fevral. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının şimalında avtomobil yoluna yüngül mühərrikli təyyarə məcburi eniş edib.

“Report” xəbər verir ki, bu barədə "The Mercury News" nəşri məlumat yayıb.

Hadisə Morqan Hill şəhəri yaxınlığında 101 saylı yolda qeydə alınıb. Təyyarədə yalnız pilot olub və o, xəsarət almayıb.

ABŞ-ın Mülki Aviasiya Federal Agentliyi qəza enişinə səbəb kimi mühərrikin imtina etməsini göstərib.