NATO Müdafiə Kollecinin nümayəndə heyəti Azərbaycana gəlib

Bakı.13 dekabr. REPORT.AZ/ İtaliya paytaxtı Romada yerləşən NATO Müdafiə Kollecinin nümayəndə heyətinin Azərbaycana akademik səfəri başlayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müxtəlif ölkələri təmsil edən yüz nəfərədək dinləyici və müəllim ölkəmizin iqtisadi, coğrafi, mədəni, tarixi, siyasi və təhlükəsizlik mühiti ilə tanış olacaq.

Səfər çərçivəsində müxtəlif dövlət qurumları və ali təhsil müəssisələrini ziyarət edəcək qonaqlara Azərbaycanın sosial-iqtisadi inkişafı, hərbi qüdrəti və qlobal təhlükəsizliyə verdiyi töhfəsi, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında brifinqlər təqdim ediləcək.