“Qarabağ”ın avrokubokların pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib - YENİLƏNİB-2

Bakı. 6 avqust. REPORT.AZ/ “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.

“Report” xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Belarusun BATE komandasına uduzarsa, "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Çempionlar yolu

I qrup

"Olimpiya" (Sloveniya) / HİK (Finlandiya) cütünün qalibi - "Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya) cütünün məğlubu

"Hapoel" (Beer-Şeva, İsrail) / APOEL (Kipr) cütünün qalibi - "Astana" (Qazaxıstan) / "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün məğlubu

"Kork Siti" (İrlandiya) / "Rusenborq" (Norveç) cütünün qalibi - "Zaltsburq" (Avstriya) / "Şkendiya" (Makedoniya) cütünün məğlubu

"Legiya" (Polşa) / "Düdelanj" (Lüksemburq) cütünün qalibi - "Alaşkert" (Ermənistan) / ÇFR (Rumıniya) cütünün qalibi

II qrup

"Spartak" (Yurmala, Latviya) / "Suduva" (Litva) cütünün qalibi - "Seltik" (Şotlandiya) / AEK (Yunanıstan) cütünün məğlubu

"Şerif" (Moldova) / "Valür" (İslandiya) cütünün qalibi - "Qarabağ" (Azərbaycan) / BATE (Belarus) cütünün məğlubu

"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün məğlubu - TNS (Uels) / Mityulland" (Danimarka) cütünün qalibi

"Torpedo" (Kutaisi, Gürcüstan) / "Kukesi" (Albaniya) cütünün qalibi - "Ludoqorets" (Bolqarıstan) / "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi

Liqa yolu

“Siqma” (Çexiya) - “Kayrat” (Qazaxıstan) / “Sevilya” (İspaniya)/“Jalgiris” (Litva)

“Slovan” (Slovakiya) – “Rapid” (Avstriya) / “Hayduk” (Xorvatiya) – “Styaua” (Rumıniya)

“Apollon” (Kipr) – “Dinamo” (Brest, Belarus) / “Vitess” (Hollandiya) – “Bazel” (İsveçrə)

“Yagelloniya” (Polşa) – “Gent” (Belçika) / “Mariupol” (Ukrayna) – “Bordo” (Fransa)

“Sarsporq” (Norveç) – “Rieka” (Xorvatiya) / “Pyunik” (Ermənistan) – “Makkabi” (Təl-Əviv, İsrail)

“Reyncers” (“Şotlandiya”) – “Maribor” (Sloveniya) / UFA (Rusiya) – “Proqres” (Lüksemburq)

“Trençin” (Slovakiya) – “Feyenoord” (Hollandiya) / “Şturm” (Avsriya) – AEK (Kipr)

“Norşellann” (Danimarka) – “Partizan” (Serbiya) / “Beşiktaş” (Türkiyə) – LASK (Avstriya)

“Hapoel” (Hayfa, İsrail) – “Atalanta” (İtaliya) / MOİK (Bolqarıstan) – “Kopenhagen” (Danimarka)

“Dinamo” (Minsk, Belarus) – “Zenit” (Rusiya) / “Hibernian” (Şotlandiya) – Mölde (Norveç)

“Genk” (Belçika) – “Lex” (Polşa) / “Spartak” (Serbiya) – “Bröndbü” (Danimarka)

“Olimpiakos” (Yunanıstan) – Lütsern (İsveçrə) / “Başakşehir” (Türkiyə) – “Bernli” (İngiltərə)

“Zarya” (Ukrayna) – “Braqa” (Portuqaliya) / “Leyptsiq” (Almaniya) – “Universitatya” (Rumıniya)


 ***14:11

Bakı. 6 avqust. REPORT.AZ/ “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.

“Report” xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Belarusun BATE komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə Hollandiyanın PSV kollektivi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" və BATE komandaları arasında ilk matç avqustun 7-də Bakıda, cavab görüşü isə ayın 14-də Borisovda olacaq. Hər iki qarşılaşma saat 21:00-da başlayacaq.

Çempionlar Liqası

Pley-off mərhələsi

Çempionlar Yolu

"Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya) cütünün qalibi - "Zaltsburq" (Avstriya) / "Şkendiya" (Makedoniya) cütünün qalibi

"Qarabağ" (Azərbaycan) / BATE (Belarus) cütünün qalibi - PSV (Hollandiya)

"Yanq Boyz" (İsveçrə) - "Astana" (Qazaxıstan) / "Dinamo" (Zaqreb, Xorvatiya)

"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün qalibi - "Seltik" (Şotlandiya) / AEK (Afina, Yunanıstan) cütünün qalibi

Liqa Yolu

"Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə) cütünün qalibi - PAOK (Yunanıstan) / "Spartak" (Moskva, Rusiya) cütünün qalibi

"Standard" (Belçika) / "Ayaks" (Hollandiya) cütünün qalibi - "Slaviya" (Praqa, Çexiya) / "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi  


***07:30

Bakı. 6 avqust. REPORT.AZ/ Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Avropa kuboklarının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, hazırda mübarizəni Çempionlar Liqasında davam etdirən "Qarabağ"ın həm bu yarışda, həm də Avropa Liqasında növbəti potensial rəqibləri müəyyənləşəcək.

III təsnifat mərhələsində Belarus BATE-si ilə qarşılaşacaq Azərbaycan təmsilçisi püşk zamanı ÇL-də səpələnməmişlər, Avroliqada isə səpələnmişlər sırasında olacaq. Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Çempionlar Liqası, pley-off mərhələsi, Çempionlar Yolu

Səpələnmişlər

"Zaltsburq" (Avstriya) / "Şkendiya" (Makedoniya) cütünün qalibi

PSV (Hollandiya)

"Seltik" (Şotlandiya) / AEK (Afina, Yunanıstan) cütünün qalibi

"Astana" (Qazaxıstan) / "Dinamo" (Zaqreb, Xorvatiya)

Səpələnməmişlər

"Qarabağ" (Azərbaycan) / BATE (Belarus) cütünün qalibi

"Yanq Boyz" (İsveçrə)

"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün qalibi

"Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya) cütünün qalibi

Liqa Yolu

Səpələnmişlər

"Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə) cütünün qalibi

"Slaviya" (Praqa, Çexiya) / "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi

Səpələnməmişlər

"Standard" (Belçika) / "Ayaks" (Hollandiya) cütünün qalibi

PAOK (Yunanıstan) / "Spartak" (Moskva, Rusiya) cütünün qalibi

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Ukrayna komandaları püşkatma zamanı ayrı-ayrı cütlüklərə bölünəcəklər. Bu səbəbdən, "Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə) cütünün qalibi PAOK (Yunanıstan) / "Spartak" (Moskva, Rusiya) cütünün qalibi ilə, "Slaviya" (Praqa, Çexiya) / "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi isə "Standard" (Belçika) / "Ayaks" (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq. Püşk nəticəsində isə bu cütlərin qaliblərindən hansının pley-offda ilk oyunu evdə keçirəcəkləri müəyyənləşəcək.

Görüşlər 21-22 avqustda və 28-29 avqustda keçiriləcək. ÇL-in pley-offunun 6 qalibi qrup mərhələsinə yüksələcək.

"Qarabağ" / BATE cütlüyündən məğlub ayrılacaq komanda mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Avroliqanın Çempionlar Yolunda səpələnmişlər səbətində yer alacaq həmin klub 4 potensial cütlükdən biri ilə üz-üzə gələcək:

I qrup

Səpələnmişlər

"Zaltsburq" (Avstriya) / "Şkendiya" (Makedoniya) cütünün məğlubu

"Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya) cütünün məğlubu

"Astana" (Qazaxıstan) / "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün məğlubu

Səpələnməmişlər

"Legiya" (Polşa) / "Düdelanj" (Lüksemburq) cütünün qalibi

"Alaşkert" (Ermənistan) / ÇFR (Rumıniya) cütünün qalibi

"Olimpiya" (Sloveniya) / HİK (Finlandiya) cütünün qalibi

"Kork Siti" (İrlandiya) / "Rusenborq" (Norveç) cütünün qalibi

"Hapoel" (Beer-Şeva, İsrail) / APOEL (Kipr) cütünün qalibi

II qrup

Səpələnmişlər

"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün məğlubu

"Seltik" (Şotlandiya) / AEK (Yunanıstan) cütünün məğlubu

"Qarabağ" (Azərbaycan) / BATE (Belarus) cütünün məğlubu

Səpələnməmişlər

"Ludoqorets" (Bolqarıstan) / "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi

"Şerif" (Moldova) / "Valür" (İslandiya) cütünün qalibi

"Spartak" (Yurmala, Latviya) / "Suduva" (Litva) cütünün qalibi

TNS (Uels) / Mityulland" (Danimarka) cütünün qalibi

"Torpedo" (Kutaisi, Gürcüstan) / "Kukesi" (Albaniya) cütünün qalibi

Oyunlar avqustun 23-də və avqustun 30-da keçiriləcək. Avroliqanın pley-off mərhələsinin qalibləri qrup mərhələsinə yüksələcəklər. Məğlublar isə mübarizəni dayandıracaqlar.