Sumqayıt sakini taxta parçası ilə döyülüb

Sumqayıt şəhərində döyülmə hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Baxşıyev Sadiq Balaşah oğlu "Stansiya Sumqayıt" adlanan ərazidə naməlum şəraitdə baş verən mübahisə zəminində döyülərək ağır xəsarət alıb.

O, dərhal xəstəxaya çatdırılıb.

S.Baxşıyevin sözlərinə görə, onu taxta parçası ilə döyüblər.

Faktla bağlı araşdırma aparılır.